25 Fevral 2020 16:48
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

U-15 Liqasında keçirilən “Qarabağ” - “Sabah” oyunu başa çatdıqdan sonra meydan sahiblərinin futbolçusu İbrahim Hacı və qonaqların oyunçusu Əmirxan Qurbanov arasında dava düşüb.

Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, daha sonra digər futbolçular - Ramin Vəliyev, Nihad Abbasov (hər ikisi “Qarabağ”), Ramin Vəliyev, Nihad Abbasov və Hüseyn Yusubov (hamısı "Sabah") davada iştirak edib. Bu səbəbdən adları qeyd edilən oyunçuların hər biri İntizam Komitəsi (İK) tərəfindən 6 oyunluq cəzalandırılıb.

Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi dava-dalaşda iştirak etməsi səbəbindən "Qarabağ" komandasına 1 oyunu azarkeşsiz keçirmək cəzası verilib. Eyni zamanda məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər