İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo koronavirusla bağlı zarafatı ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı mütəxəssis mətbuat konfransından əvvəl ona əlini uzadan jurnalistə koronavirus səbəbindən dirsəklə salamlaşmağı təklif edib.
Mourinyo qeyri-adi salamlaşmadan sonra yenə də media nümayəndəsinin əlini sıxıb.