Futbol üzrə İspaniya çempionatları təxirə salınıb.
La Liqa və Sequndanın oyunları ilə yanaşı, aşağı liqaların matçları da dayandırılıb. İspaniya Kral Futbol Federasiyası həvəskar turnirlərin ləğv olunması barədə qərar çıxarıb.
Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 2,2 mini keçib, 56 nəfər dünyasını dəyişib./Report/