18 Mart 2020 01:16
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" futbol komandasının yarımmüdafiəçisi və Fransa yığmasının üzvü Blez Matyuidiyə koronavirus diaqnozu qoyulub.

Teleqraf.com xəbər verir daha əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.

Bundan sonra "Yuventus"un aralarında futbolçular, personal, rəhbərlik və klubun başqa işçiləri olan 121 əməkdaşı könüllü karantinə gedib. İtaliya çempionatı koronavirus epidemiyasına görə dayandırılıb.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.


Müəllif: Teleqraf.com