İtaliyanın “Atalanta” klubunun futbolçusu Andrea Rinaldi vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mayın 8-dən xəstəxanada olan 19 yaşlı futbolçu bu gün dünyasını dəyişib.
Həkimlər, Rinaldiyə beyin anevrizması diaqnozu qoymuşdu.