"Beşiktaş"ın sabiq futbolçusu Huqo Almeydanın yeni klubu müəyyənləşib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu İtaliya A seriyası təmsilçisi "Çezena" ilə müqavilə imzalayıb. O, yeni klubunda illik 400 min avro qazanacaq.
Qeyd edək ki, H.Almeyda ötən mövsümün sonu "Beşiktaş"ın müqaviləni uzatmaq barədə ona göndərdiyi 2 milyon 500 min avro dəyərində təklifini rədd edərək İstanbul təmsilçisindən ayrılıb.