5 İyul 21:52
225

Ukraynanın "Metallurq" klubunda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxıb. Yoluxanların vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Ukraynanın 2-ci liqasında çıxış edən komanda 21 xalla 16 komanda arasında 15-ci yerdədir.


Müəllif: Teleqraf.com