23 İyul 2020 01:16
670

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 37-ci turunda evdə "Vest Hem" lə heç-heçə edib.

Teleqraf.com-un məlumatına görə, "Old Trafford" stadionunda baş tutan oyun 1:1 hesabı ilə başa çatıb.

Qonaqların hücumçusu Maykl Antonionun penalti nöqtəsindən vurduğu qola mankunianlar Meyson Qrinvudun dəqiq zərbəsi ilə cavab verib.

"Vest Hem" 38 bal toplayaraq 15-ci yerə yüksəldi və növbəti mövsüm üçün Premyer Liqada oynamağı davam edəcək. "Mançester Yunayted"in aktivində 63 xal var, komanda üçüncü yerdədir.


Müəllif: Teleqraf.com