Almaniya "Bavariya"sının sabiq futbolçusu Klaudio Pisarroya klubda vəzifə verilib.
Teleqraf.com xəbər verir ki, perulu veteran hücumçu Münhen təmsilçisinin səfiri təyin olunub.
Son 2 mövsümü Bundesliqanın digər klubu "Verder"də keçirən 42 yaşlı Pisarro bu yay peşəkar karyerasını başa vurub.
Qeyd edək ki, keçmiş forvard "Bavariya"nın heyətində 6 dəfə Almaniya çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.