Türkiyə Super Liqasının 6-cı turunun mərkəzi qarşılaşması baş tutdu.
Teleqraf.com-un məlumatına görə, iki İstanbul nəhəngi "Qalatasaray" və "Fənərbaxça" arasında oynanan derbi 2-1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
İlk hissədə hər iki tərəfin səylərinə baxmayaraq hesab açılmayıb. İkinci hissədə qonaq futbolçu Bruno Alveşin 53-cü dəqiqədə qırmızı vərəqə alması oyunun tempini qaldırıb.
Ardıcıl hücumlar təşkil edən "Qalatasaray" nəhayət 88-ci dəqiqədə Uesli Sneyderin möhtəşəm qolu ilə hesabda önə keçiblər. Cəmi üç dəqiqə sonra hollandiyalı ulduz futbolçu daha bir fantastik zərbə ilə "sarı-qırmızılılar"ın üstünlüyünü daha da artırıb.
Oyuna əlavə edilmiş 5-ci dəqiqədə hakimin kobud səhvindən sonra Alper Potuk hesabı minimuma endirib.
Matç 2-1 hesabı ilə "Qalatasaray"ın xeyrinə başa çatıb.
"Qalatasaray" - "Fənərbaxça" - 2:1
Qollar: Uesli Sneyder, 88 (1:0), 90+1 (2:0), Alper Potuk, 90+5 (2:1)
Qırmızı vərəqə: Bruno Alveş, 53 ("Fənərbaxça")
Uğur