Azərbaycan Premyer Liqası ilə yanaşı, I Divizionda da koronavirusa yoluxma halları aşkarlanıb.
Teleqraf.com-un araşdırmasına görə, indiyədək aşağı dəstədəki 10 komandadan 4-də bu problem özünü göstərib.
Hazırda turnir cədvəlinə başçılıq edən "Turan Tovuz" klubunun 5 əməkdaşı infeksiyaya yoluxub. Onlardan biri Qərb təmsilçisinin Mətbuat katibi Süleyman Tağıyevdir. Digər 4 nəfər Tovuz şəhər stadionunun əməkdaşlarıdır.
"Sabah 2" klubunda 3 futbolçunun test nəticəsi müsbət çıxıb. Bunlar əsas komandaya da cəlb olunan qapıçı Rüstəm Samiqullin, yarımmüdafiəçilər Abbas Ağazadə və Ceyhun Nuriyevdir. Artıq onların hər üçü xəstəlikdən sağalıblar.
"Neftçi 2"də iki oyunçudan götürülmüş analiz pozitiv nəticə verib. Qapıçı Vüqar Həsənov və müdafiəçi Asim Əlizadənin virusa yoluxduğu məlum olub.
"Kəpəz" komandasında isə müdafiəçi Röyal Məmmədovda çempionatın startı ərəfəsində infeksiya aşkarlanıb. Hazırda Gəncə təmsilçisində aktiv koronavirus xəstəsi yoxdur.
Digər 6 klub - "Zaqatala", "Qarabağ 2", "Keşlə 2", "Qaradağ Lökbatan", MOİK və "Sumqayıt 2"də isə yoluxma halları müşahidə edilməyib.