11 Dekabr 2020 21:26
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyası (FIFA) ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Məlumata əsasən, İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi, İtaliyanın "Yuventus" komandasınım portuqaliyalı forvardı Kriştiano Ronaldo və Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu adına namizəd görünən final üçlüyə çıxıb.

Mükafatlandırma mərasimi 17 dekabrda onlayn formatda keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər