Azərbaycan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Teleqraf.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Məmmədsoy finalda gürcüstanlı Temuri Nozadzeni ipponla məğlub edib.
16:01
Azərbaycan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
Teleqraf.com xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Ramazan Abdulaevlə üz-üzə gəlib. Rəqibinə qalib gələn Məmmədsoy finala yüksəlib. O, qızıl medal uğrunda gürcüstanlı Temur Nozadze ilə görüşəcək.
Eyni çəkidəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzub.
66 kq-dakı Avropa çempionu Orxan Səfərov 1/8 finalda Amit Boboviçlə (İsrail) bacarmayıb, Nicat Şıxəlizadə isə Petr Jukovu (Rumıniya) məğlub etsə də, 1/4 finalda Artur Tenin (Qırğızıstan) müqavimətini qıra bilməyib. O, təsəlliverici görüşdə Muxriddin Tilovovla (Özbəkistan) qarşılaşacaq.
Qadınların yarışında Leyla Əliyeva 1/6 finalda Şira Rişoni (İsrail) ilə dueldən məğlub ayrılıb. Eyni çəkidəki Aişə Qurbanlı onun həmyerlisi Tamar Malkaya qalib gəlsə də, 1/8 finalda Şirine Buoukliyə uduzub.
57 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva da ilk görüşdə Eleudis Valentimə (Braziliya) qalib gəlib, 1/8 finalda isə Astride Gnetoya (Fransa) məğlub olub.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 20-də yekun vurulacaq. Azərbaycan millisi yarışda 15 cüdoçu ilə təmsil olunur.