21 Fevral 22:17

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi klubda La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb.

Teleqraf.com xəbər verir ki,"Kadis"lə XXIV tur matçında meydana çıxan argentinalı hücumçu 506-cı oyununu keçirib. Messi bu göstəricidə Xavini 1 oyun geridə qoyub. 34 yaşlı forvardın İspaniya çempionatında ilk görüşü 2004-cü ilin oktyabrında “Union Espanyol”a qarşı olub.

Qeyd edək ki, "Barselona" - "Kadis" qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com