Formula 1 Azərbaycan Qran Prisi 2024-cü ilə qədər davam edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.
Qeyd edək ki, Bakıda Formula 1 yarışının 2020-ci ilədək keçirilməsini nəzərdə tutan müqavilə daha 3 il uzadılaraq 2023-cü ilə qədər keçirilməsi qərara alınıb. Lakin ötən il pandemiya səbəbindən yarış keçirilmədiyinə görə, Azərbaycan Qran Prisi 2024-cü ildə də davam edəcək.