11 Aprel 2021 22:07
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Lider “Qarabağ” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib və 4:1 hesablı qələbə qazanıb.

Bu qələbə sayəsində xallarının sayını 46-ya çatdıran Ağdam klubu liderliyini möhkəmləndirib. "Neftçi" isə 43 xalla ikincidir. 32 xalı olan Zirə 3-cü, "Sumqayıt" isə 29 xalla 4-cüdür.

Onu da qeyd edək ki, günün ilk matçında “Zirə” “Keşlə” ilə bərabərə qalıb - 0:0.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Qəbələ” – “Neftçi” (2:2) və “Sabah” – “Səbail” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
22-ci tur
11 aprel

“Qarabağ” – “Sumqayıt” 4:1
Qol: A.Zubir, 45+1; 71. C.Xocaniyazov, 46-öz qapısına. F.Ozobiç, 78 – Ə.Qurbani, 59.
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
Bakı. “Azersun Arena”, 19:15.


Müəllif: Teleqraf.com