"Zirə"nin futbolçusu Ruslan Qurbanovda koronavirus aşkarlanıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, hücumçunun test nəticəsi 2 gün öncə müsbət çıxıb. O, 30 yaşlı oyunçunun ilk dəfə infeksiyaya yoluxduğunu bildirib.