5 İyun 2021 20:56
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı start götürəcək.

Teleqraf.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər