Efiopiya idmançısı Letesenbet Gidey Niderlandda keçirilən turnirdə 10 000 metr məsafəyə qaçış üzrə yeni dünya rekorduna imza atıb.
Teleqraf.com xəbər verir ki, 23 yaşlı idmançı məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edərək niderlandlı Sifan Hassanın 5 iyun tarixində əldə etdiyi nailiyyəti üstələyib.