15 Aprel 2014 14:04
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında 17-ci "Zəfər Kuboku" beynəlxalq turniri keçirilib.

Teleqraf.com-un AGF-dən aldığı məlumata görə, turnirdə Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Gürcüstan, İran, Ermənistan, Bolqarıstan, Qazaxstan, Qırğızıstanla yanaşı, ölkəmizin yeniyetmə qızlardan ibarət yığma komandası da iştirak edib.

Yeniyetmə qızlarımız turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Tatyana Vorontsova (49 kq), Leyla Qurbanova (52 kq) və Anita Kələntərova (70 kq) qazandırıb. Türkan Nəsirova (46 kq) və Səbinə Həmzəlzadə (49 kq) yalnız final görüşündə uduzub və gümüş medala sahib olub. 52 kq-da digər təmsilçimiz Şəbnəm Əhmədova isə bürünc medala layiq görülüb.

Məşqçilər Arif Fərmanov və Siracuddin Eldarovun rəhbərliyi altında 7 güləşçimiz turnirdə qüvvəsini sınayıb, onlardan 6-sı fəxri kürsüdə qərarlaşa bilib. Yığmamız komanda hesabında isə, Türkiyə və Qazaxstandan sonra üçüncü yeri tutub.

Aygün


Müəllif: