7 Noyabr 2014 01:31
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Dnepr”lə bugünkü oyundan sonra mətbuat konfransında qarşılaşmanın nəticəsi barədə fikirlərini bildirib.

Teleqraf.com-un məlumatına görə, baş məşqçi səhvlər buraxıldıqlarını bildirib:

“Düşünmədiyimiz səhvlərdən qol buraxdıq. Uşaqlara bir o qədər də iradım yoxdur. Kiyevdəki qələbəni çox şişirtməməli olduğumuzu demişdim. Bu, uşaqlara təsir edə bilərdi. Amma indidən sonra qarşıdakı oyunlarda vəziyyətimizi düzəltməyə çalışacağıq”.

Q.Qurbanov növbəti oyunlara diqqət yetirəcəyini açıqlayıb:

“Əlbəttə ki, biz də azarkeşlərimizi məyus etməyi istəmirdik. Amma hər bir rəqibə hörmətlə yanaşmalı, ona qiymət verməliyik. Şanslara gəlincə, əvvəlcədən qarşımıza minimum 2-ci yeri hədəf qoymamışdıq. Bəlkə də “Sent-Etyen”lə oyun bundan asan olacaq. Çünki “Dnepr”ə qələbədən sonra Bakıda hardasa yenilgiyə hazır idim.

Çünki azarkeşlər Bakıda da qələbə gözləyirdi. Bu da əlavə məsuliyyət formalaşdırırdı. Şanslarımız hələ qalıb. Qarşıdakı oyunlara baxacağıq. Öz oyunumuzu hər dəfə yaxşılaşdırmağa çalışırıq. Oyun sxemimizdə dəyişiklik olmur. Səfərdə də, evdə də eyni cür mübarizə aparırıq”.


Müəllif:

Oxşar xəbərlər