8 Avqust 2021 19:24
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokio Yay Olimpiya Oyunlarının Alovu Tokio Milli Stadionunda keçirilən bağlanış mərasimində söndürülüb.

Teleqraf.com–un məlumatına görə, alov söndürülmə mərasimi Fransalı bəstəkar Kloda Debüssinin kompozisiya ilə baş tutub.

Tokio Oyunlarında ümumilikdə 339 mükafat dəsti oynanılıb. ABŞ komandası 39 qızıl, 41 gümüş və 33 bürünc medalla ümumi medal sıralamasının birincisi olub. İkincisi Çin (38-32-18), üçüncü-Yaponiya (27-14-17), dördüncü-Böyük Britaniya (22-21-22), beşinci-Rusiya (20-28-23) olub.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23 -dən avqustun 8 -dək keçirilib. Koronavirus pandemiyası səbəbindən yarışlar 2021-ci ilə təxirə salınıb.


Müəllif: Teleqraf.com