8 Sentyabr 2021 00:39
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti dəfə təyinat alıb.

Teleqraf.com-un məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Marsel” (Fransa) oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Rusiyanın paytaxtı Moskvadakı “Lokomotiv” stadionda baş tutacaq.


Müəllif: Teleqraf.com