11 Sentyabr 2021 14:55
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli futbol komandasının 2022-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə oyununda Niderlanda böyük hesablı məğlubiyyətindən sonra baş məşqçi Şenol Günəş istefa tələblərini qəbul etməli olub.

Teleqraf.com xəbər verir ki, milli ilə yollarını ayıran Şenol Günəş açıqlamalarla çıxış edib.

Şenol Günəş fəaliyyətinin uğurlu və uğursuz tərəflərindən danışıb: “Məndən dərhal soruşurdular ki, istefa verəcəksən? O vaxt gəlməyimi istəyənlər indi getməyimi istəyə bilərlər. Bu normaldır. Amma gecənin o saatında istefa vermək o qədər asandır?

Komandanın hələ də şansı qalır və o şansı mən yaratmışam. Tutaq ki, getdim, yaxşı, yerimə başqası gəldi, bəs yeni gələn nə edəcək? Uğursuzluq davam edərsə, nə baş verəcək? Bəli, Niderlandla uğurusuz oyun oldu, amma bu komanda ilə qalib gəlib 11 xalı qazandıq. Qalib gələndə çox yaxşı iş ərsəyə gətirdiyimi heç demədim, indi də demirəm.

Doğrusu, 6-1 hesablıq məğlubiyyət mənim həzm edə biləcəyim bir şey deyil. Futbolçularla da danışdım, bunu düzəldə biləcək şəxslər yenə də bizik. Mən adi məşqçi deyiləm. Ləyaqətlə gəldim, ləyaqətlə də gedərəm”.

Şenol Güneş bildirib Avropa Kubokuna getmək xəyalının olduğunu bildirib: "Lakin pandemiya bizə çox zərər vurdu. İngiltərə 4 futbolçumuzu bizə yox, başqa ölkələrə verdi. Mən bu problemləri dilə gətirmədim, indi məni pul mövzusu ilə vurmağa çalışırlar”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər