Afrika Futbol Konfederasiyası (CAF) 2015-ci ildə təşkil olunacaq Afrika Millətlər Kubokunun Mərakeşdə keçirilməyəcəyini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Mərakeşin Ebola virusu təhlükəsi ilə əlaqədar olaraq, turnirin vaxtının dəyişdirilməsi ilə bağlı müraciətini CAF rədd etdikdən sonra yeni qərar verib.
Afrika Futbol Konfederasiyası əvvəlcədən nəzərdə tutulduğu kimi, turniri 17 yanvar və 8 fevral (2015) tarixlərində keçirilməsini qüvvədə saxlayıb.
Bundan başqa, Mərakeş Afrika kubokundan da kənarlaşdırılıb. Turnirin hansı ölkədə keçiriləcəyi yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Misir, Nigeriya və Əlcəzair Afrika kubokuna təşkilatçılıq etmək istəməmişdi.