6 Noyabr 2021 20:50
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə daha bir cüdoçumuz bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Elcan Hacıyev komanda yoldaşı Hasil Cəfərovu vazari xalı ilə məğlub edərək üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün keçirilən yarışda cüdoçumuz Hidayət Heydərov (73 kq) da üçüncü yeri tutub.

Xatırladaq ki, yarışın birinci günündə təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc medal qazanıblar.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulacaq. İyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər