28 Noyabr 2021 18:21
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi imicini dəyişib.

Teleqraf.com xəbər verir ki, argentinalı hücumçu saqqalını kəsdirib. 34 yaşlı forvardın "Qızıl top" mükafatının fotosessiyası üçün xarici görünüşə əl gəzdirdiyi iddia olunur.

Daha əvvəl idman jurnalistləri Yozep Pedrerol və Matte Moreno "France Football" nəşrinin təsis etdiyi mükafata məhz Messinin layiq görüldüyünü yazıblar.

Qeyd edək ki, qalibin adı noyabrın 29-da Fransanın paytaxtı Parisdə açıqlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər