Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski ilin hücumçusu seçilib.
Teleqraf.com-un məlumatına görə, 33 yaşlı forvard "France Football" nəşrinin keçirdiyi sorğunun nəticəsinə əsasən bu ada layiq görülüb.
Təcrübəli oyunçu 2021-ci ildə vurduğu 64 qolla bütün rəqiblərini qabaqlayıb.