20 Noyabr 2014 10:59
746

İlk dəfə olaraq Azərbaycanda "Barselona" klubunun (FC Barcelona) rəsmi kampı fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, kamp "İnter Bakı" futbol klubunun nəznində, Şəfa stadionunda açılıb. Fiziki hazırlığından asılı olmayaraq 6-16 yaş kateqoriyasında istənilən uşaq "Barselona" klubunun kampında iştirak edə biləcək. Kampın noyabrın 17-dən dekabrın 12-dək davam edəcək.

Burada gənclərə "Barselona" klubunun gənc komandalarında istifadə olunan futbol bacarıqlarını və taktikalarını öyrənmək imkanı yaradılıb.

Qeyd edək ki, "Barselona" futbol klubunun rəsmi kampı Azerbaijan Consulting Group (ACG) tərəfindən təşkil olunub.

Rüstəm


Müəllif:
Загрузка...