10 Fevral 2022 08:25
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.

Teleqraf.com-un məlumatına görə, 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb

Litvintsev 24 idmançının qatıldığı yarışda hazırda 239,19 xalla 6-cı pillədə qərarlaşıb.

Konkisürən fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər