1 May 2022 11:24
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Real"a qayıda bilər.

Teleqraf.com xəbər verir ki, "Kral" klubu Ronaldonun transferində maraqlıdır. Daha əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.

35 turdan sonra "qırmızı şeytanlar" 55 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdədir. "Mançester Yunayted" növbəti mərhələdə "Brentford"u qəbul edəcək. Görüş mayın 2-də baş tutacaq.

Müəllif: Teleqraf.com