19 Sentyabr 2022 23:31
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yeniyetmə stolüstü tennisçisi Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Wtt Youth Contender Tiflis” turnirində 1/4 finala yüksəlib.

Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, 17 yaşadək idmançıların mübarizəsində qüvvəsini sınayan Əhmədzadə 1/8 finalda İran təmsilçisi Seyedsina Horeyşianı üstələyib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində iranlı Nima Naqavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində qələbə qazanıb.


Müəllif: Teleqraf.com