18 Oktyabr 2022 19:05
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar məhkəmədə ifadə verib.

Teleqraf.com xəbər verir ki, o, 2013-cü ildə ölkəsinin "Santos" klubundan Kataloniya təmsilçisinə keçərkən saxtakarlığa yol verməkdə ittiham olunur.

Braziliyalı hücumçu transfer işləri ilə atasının məşğul olduğunu bildirib.

Onun sözlərinə görə, həmin vaxt "Real Madrid"dən də təklif almışdı: "Amma ürəyim məni "Barselona"ya apardı. Bütün işləri atam gördü, mən sadəcə, müqaviləyə qol çəkdim".

Qeyd edək ki, 30 yaşlı forvardın transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti oyunçunun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib.

İddiaya görə, təcrübəli forvard İspaniya "Barselona"sında çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkətin hesabına köçürülməyib.

Neymar "Santos"dan "Barselona"ya 88 milyon avro təzminat qarşılığında keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər