22 Oktyabr 2022 23:47
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov bu gün əvvəlcə təsəllivericə görüşə çıxmalı idi.

Ancaq Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb. Azərbaycan pəhləvanı bürünc medal uğrunda görüşdə qırğızıstanlı Orozobek Toktomambetova 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

97 kq çəkidə güləşən İslam İlyasov isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə üstələyərək mükafata yiyələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər