Avropa Liqasının qrup mərhələsinin son turunda sabah "İnter"i qəbul edəcək "Qarabağ" klubunun bu gün saat 18:30-a nəzərdə tutulan məşqi ləğv olunub.
Qol.Az-ın xəbərinə görə, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Q.Qurbanov buna stadionun ot örtüyünün yüklənməsinin səbəb olduğunu bildirib. Məşqin keçirilməyəcəyinə baxmayaraq, futbolçular stadiona gələrək meydanın vəziyyəti ilə tanış olacaqlar.