Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib.
Sonuncu turun oyunlarından sonra 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olub.
Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb. Ağdam klubu doğma meydanda İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşacaq. “İnter” qrup lideri kimi “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün bugünkü qarşılaşma həlledici olub. Qarabağın oyunun son dəqiqələrində təmiz qələbə qolunun hesaba alınmaması komandamızı növbəti mərhələyə keçiddən məhrum edib.
Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi “pley-off”a yüksələcəkdi. Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi. Lakin "Dnepr"in minimal hesablı qələbəsi bu ehtimalı heçə endirib.
Xatırladaq ki, İtaliyada keçirilən ilk oyunda “Qarabağ” “İnter”ə 0:2 hesabı ilə məğıub olub.