25 Noyabr 2022 00:56
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında hesab dəyişib.

Teleqraf.com xəbər verir ki, qarşılaşmanın 73-cü dəqiqəsində Riçarlison özünün və komandasının ikinci qolunu vurub.

00:12

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında hesab açılıb.

Qarşılaşmanın 62-ci dəqiqəsində Riçarlison Braziliyanı hesabda önə çıxarıb.

23:00

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı start götürüb.

Teleqraf.com-un məlumatına görə, oyun saat 23:00-da başlayıb.

22:14

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda üz-üzə gələcək Braziliya və Serbiya milli komandalarının start heyətləri açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva, 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Riçarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior

Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudeli, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.


Müəllif: Teleqraf.com