Türkiyənin tanınmış futbolçusu Arda Turan "Qarabağ" - "İnter" oyunundan yazıb.
Teleqraf.com-un məlumatına görə, "Atletiko"nun şərəfini qoruyan türk ulduz Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən oyuna sosial şəbəkədə münasibət bildirib.
Arda Turan bu sözləri yazıb: "Dünən gecə hakim tərəfindən 3 puanı qəsb edilen "Qarabağ"lı qardaşlarımızın üzüntülərini paylaşırıq..."
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “İnter” matçında "Qarabağ"ın vurduğu qolu yan xətt hakimi qeydə almamışdı.