Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.
Teleqraf.com xəbər verir ki, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin III turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb.
Argentinalı baş məşqçi qrupda qalmaq uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. "Bu, dəhşətli məyusluqdur".
Qeyd edək ki, Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib. Xerardo Martino 2019-cu ildən Meksika millisində işləyib.