7 Dekabr 2022 17:13
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə millisinin iki futbolçusu Qətərdə keçirilən dünya çempionatında Fransaya qarşı 1/4 final oyununu buraxa bilər.

Teleqraf.com xəbər verir ki, yarımmüdafiəçi Deklan Rays və hücumçu Kallum Uilson yığmanın son məşqində iştirak etməyiblər.

Rays səhhətindəki problem, Uilson isə zədə səbəbindən hazırlıq prosesinə qatılmayıb.

Qeyd edək ki, dekabrın 10-da baş tutacaq İngiltərə - Fransa matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər