25 Dekabr 2014 10:48
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya telekanallarının birində canlı yayımlanan "Domingo Şou" proqramında maraqlı anlar yaşanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, verilişin daha öncəki buraxılışında ən böyük arzusunun PSJ-nin ulduz futbolçusu David Luizlə görüşmək olduğunu dilə gətirən Rikardinyo adlı uşaq canlı efirə dəvət edilib.

Həmin uşaq gözləri bağlı halda Yeni il xəyallarını bölüşür: "Mənim ən böyük arzum David Luizlə görüşməkdi. O, mənim sevimli oyunçumdu. Mən böyüyəndə ona oxşamaq istəyirəm".

Gözlərini açan Rikardinyo sevimli futbolçusunu görəndə göz yaşların saxlaya bilmir. Hətta Luiz də göz yaşlarını saxlaya bilmir.

Bu proqramın yayımlanmasından bir gün öncə David Parisdə ilin son oyununa çıxmışdı. Daha sonra vətəninə tətilə yollanan təcrübəli futbolçu teleşounun təşkilatçılarının istəyini rədd edə bilməyib.

Teleqraf.com həmin videonu təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər