26 Dekabr 2014 22:00
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirsamir Hüseynzadə: “Atama dedim ki, döşəyə çıxanda səni düşünüb qalib gələcəm”

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə DİN-nin idman cəmiyyətlərinin Bakı birinciliyinə start verilib.

Açılış mərasimində müxtəlif çəkili idmançılar arasında cüdo üzrə yarış keçirilib. Tanınmış jurnalist Nicat Hüseyn Dağların oğlu Mirsamir Hüseynzadə 45 kiloqram çəkidə mübarizə aparıb. İlk yarışına çıxan 8 yaşlı M.Hüseynzadə rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Birinci yerin sahibi olduğuna görə, ona kubok və diplom verilib. Qalib idmançı möhtəşəm qələbəsinin sevincini əməkdaşımzla bölüşüb: “Bu yarışa ciddi hazırlaşırdım. Sizin həmkarınız, mənim atam Nicat Dağlar inandırırdı ki, qalib gələcəm. Atamı çox istəyirəm, ona dedim ki, döşəyə çıxanda səni düşünüb qalib olacam. Arzum dünya çempionu olmaqdır. Elə sevinirəm ki...”

Oğlunun qalib gəldiyinə görə, əziz həmkarımız, dəyərli jurnalist Nicat Dağları ürəkdən təbrik edirik, əminliklə Mirsamirin növbəti qələbələrini gözləyirik.


Müəllif: