Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin 1/2 final mərhələsinin oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, aprelin 30-da yarımfinal oyununa çıxan Fövqəladə Hallar Nazirliyinin komandası Dövlət Neft Şirkətinin komandası ilə qarşılaşıb. Əsas hissəsi 0:0 bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. Rəqib qapısından 3 top keçirən FHN-in komandası 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Final mərhələsi mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin komandasına qarşı keçiriləcək.
Komandamıza uğurlar arzulayırıq!
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 52 dövlət qurumunun komandasının iştirak etdiyi minifutbol turniri, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Miniutbol Federasiyasının dəstəyi ilə keçirilir.