5 May 2023 21:23
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.

Teleqraf.com xəbər verir ki, qurum klubun şikayətini qismən təmin edib.

Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.

Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər