26 May 2023 21:07
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barbara-Barbar" atçılıq klubunun jokeyi Hilal Nəzərov Gürcüstanda keçirilən cıdır yarışlarının ikisində birinci, birində isə ikinci yerə layiq görülüb.

Teleqraf.com xəbər verir ki, H.Nəzərov Qarabağ qazisidir və Azərbaycan Prezidenti tərəfindən Cəsur döyüşçü medalı ilə təltif olunub.

O, iki il öncə də Gürcüstanda keçirilən cıdır yarışında birinci yerə layiq görülmüşdü.

"Barbara-Barbar" atçılıq klubunun sahibi at yetişdiricisi Rəşad Əhmədovdur.


Müəllif: Teleqraf.com