30 İyun 2023 10:02
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Barselona" klubunu Çempionlar Liqasından qovmaq istəyir.

Teleqraf.com "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, bu sözləri “Barselona” futbol klubunun rəhbəri Joan Laporta bildirib.

Onun sözlərinə görə, buna səbəb "Barselona" klubunun sabiq prezidenti Xosep Maria Bartomeunun Hakimlər Komitəsinin vitse-prezidenti Neqreyraya məxsus şirkətə pul ödəməsidir.

“Mən UEFA prezidenti ilə görüşdüm. Neqreyra məsələsindən istifadə edib bizi Çempionlar Liqasından qovmaq istəyirdilər. Amma məhkəmə qərarından əvvəl bizə qarşı sanksiyalar tətbiq oluna bilməz.

Çempionlar Liqası üçün müraciət etmişik və hələ ki, qarşımızda qapıların bağlanması ilə bağlı heç bir xəbər yoxdur. Maraqlarımızı qorumaq üçün müraciət etmək imkanımız olacaq”, - Laporta bildirib.

Qeyd edək ki, Xosep Maria Bartomeu 2014-2020-ci illərdə "Barselona"nın prezidenti olub.


Müəllif: Pərvin Cəfərova