Türkiyə "Qalatasaray"ı futbolçusu Xuan Mata ilə yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
35 yaşlı oyunçu ötən mövsüm İstanbul təmsilçisinin heyətində Superliqanın qalibi olub.
Qeyd edək ki, Xuan Mata "Qalatasaray"a ötən ilin sentyabrında İngiltərənin "Mançester Yunayted" klubundan keçmişdi.