Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, komanda "Astana"nın (Qazaxıstan) qonağı olub.
Mahir Emreli ilk 11-likdə yer alıb. O, 25-ci dəqiqədə komandasının ilk qolunu vurub.
Xatırladaq ki, Qazaxıstanın “Astana” klubunun məşqçisi erməni mütəxəssis Qriqori Babayandır.
Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini 4:0 hesabı ilə məğlub edib.