31 Avqust 2023 09:32
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.

Qarşılaşmanı ispaniyalı FİFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

Səfərdəki ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası

20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) (ilk oyun 2:0)

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər