Əfsanəvi boksçu Məhəmməd Əlinin səhhəti yenidən pisləşib.
Publika.az xəbər verir ki, bir müddət əvvəl sidik yollarının infeksiyasından müalicə alan amerikalı idmançı yenidən xəstəxanaya yerləşdirilib.
Bu haqda sabiq idmançının mətbuat katibi Bob Qannel açıqlama verib. Ötən il dekabrın 20-də böyrək soyuqlaması və sidik yollarındakı infeksiya diaqnozuyla hospitala yerləşdirilən müsəlman boksçu yanvarın 6-na kimi müalicə almışdı. Görünür, xəstəlik yenidən onu narahat edir.
Sabah Məhəmməd Əlinin 73 yaşı tamam olur. Əfsanə ad gününü evində qarşılamaq arzusundadır.